Uşaqlarımızı gözüqırpıq (qorxaq) və zülmə boyun əyən böyütməməliyik!
Tagged Tags:

Spread the love

Gözüqırpıq və cəmiyyətdə zülmə məruz qalan uşaqlar evdə özlərini hansısa bir məsələdə müdafiə etmək imkanı olmayan uşaqlardır. Əgər uşalqarınızın məktəbdə və ya cəmiyyətdə döyülməsini, zülmə məruz qalmasını və ya evin bir guşəsində sakit-sakit oturub ağlamasını istəmirsinizsə, işə elə evin içindən başlayın.

Necə?

Uşaqlarınızın hansısa bir səhvinə qəzəbləndiyiniz və ya narahat olduğunuz zamanlarda, hansısa addım atmazdan öncə, ona özünü müdafiə etməsi üçün icazə verin.

Bu addım həm sizə qəzəblənib yanlış rəftar etməməyiniz üçün bir imkan yaradır, həm də uşaqlarınız özünü müdafiə etməyi öyrənir və evdən kənar mühitlərdə zülmə məruz qalmır.

Qəzəblə “nə üçün bu işi gördün?” deyib qışqırmayın!Əksinə, gördüyü işin səbəbini soruşun və yaxud da sözlərini sonuna kimi dinləyin.

Bütün səhvləri ilə birlikdə hələ də onun sizin üçün dəyərli olduğunu ona başa salın.
Sizin övladınızla evdəki bu cür rəftarınız onda özünəinam yaradır, şəxsiyyətini formalaşdırır və uşaq özünü dəyərli hesab edir.

Bütün bunlar onun gələcəyi və cəmiyyətdə qorxaq yetişməməsi üçün çox önəmlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir