İkinci yarım təhsil ilinə azyaşlıların QEYDİYYATI BAŞLADI!
Tagged Tags:

Spread the love

DEKABR AYININ 20-Sİ “İSLAM MAARİFİ” KURSLARINA AZYAŞLI QIZLAR VƏ OĞLANLARIN QEYDİYYATI BAŞLADI!

Allahın adı ilə

Salam, hörmətli valideynlər!

Allahın lütfü və sonsuz mərhəməti ilə «Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzi təhsil ilinin birinci yarısını uğurla başa vurmaqdadır. Planda ikinci yarım təhsil ilində də azyaşlılar üçün İSLAM MAARİFİ kursları nəzərdə tutulmuşdur. Zamanı nəzərə alaraq dekabrın 20-si şagird qəbuluna start verildi.

Qeyd edək ki, «Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzi tədris sahəsinə görə 2 bölməyə ayrılır:

1) 5 yaşdan 7 yaşa qədər uşaqlara “bağça” bölməsində “Davranış qaydaları”, “Qurandan qısa ayələr” və “Hədislər” öyrədilir.

2) 8 yaşdan 14 yaşa qədər uşaqlar isə “məktəb” bölməsində “Əqaid”, “Əhkam”, “Əxlaq”, “Quran”, “Hədis” və “Peyğəmbərlərin tarixi” dərslərini mənimsəyirlər.

Atalar qeydiyyat üçün WhatsApp tətbiqindən istifadə edərək  +989360373817  nömrəsi, analar isə  +989032848754 nömrəsilə əlaqə saxlaya bilərlər.

20 DEKABR 2019 TARİXİNDƏ BAŞLAYAN QEYDİYYAT, 2020 YANVARIN SONUNADƏK DAVAM EDƏCƏK!

Əziz atalar və analara hörmət və sevimli balalara məhəbbətlə:
«Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzinin müdiriyyəti
22.12.2019

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir