“Asiman”da yeni təhsil ilinə QEYDİYYAT başladı

Mehriban Allahın adı ilə.

İSLAM MAARİFİ KURSLARINA UŞAQLARIN (QIZ VƏ OĞLAN) QEYDİYYATI BAŞLADI!

Salam, hörmətli valideynlər!
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmiş, gələcək nəslin mənəvi keyfiyyətlərlə zəngin yetişməsinə xidmət edən «Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzi azyaşlılar üçün yeni təhsil ilində İSLAM MAARİFİ kurslarına şagird qəbulunu elan edir.

«Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzi tədris sahəsinə görə 2 bölməyə ayrılır:

1) 5 yaşdan 7 yaşa qədər uşaqlara “bağça” bölməsində “Davranış qaydaları”, “Qurandan qısa ayələr” və “Hədislər” öyrədilir.

2) 8 yaşdan 14 yaşa qədər uşaqlar isə “məktəb” bölməsində “Əqaid”, “Əhkam”, “Əxlaq”, “Quran”, “Hədis” və “Peyğəmbərlərin tarixi” dərslərini mənimsəyirlər.

Övladlarının dini və milli dəyərlərə uyğun təlim-tərbiyə almasında xidmətimizdən yararlanmaq istəyən atalar WhatsApp proqramından istifadə edərək +989360373817 nömrəsi, analar isə +989032848754 nömrəsilə əlaqə saxlayaraq əlavə məlumat əldə etməklə yanaşı qeydiyyatdan da keçə bilərlər.

  • QEYDİYYAT AVQUSTUN 15-DƏN SENTYABRIN SONUNADƏK DAVAM EDƏCƏK!

Rica olunur, qardaşlar (kişilər) dərs, qeydiyyat, proqram və digər məsələlərlə əlaqədar ancaq bu nömrə (+989360373817) ilə əlaqə saxlasınlar. İkinci nömrə yalnız xanımlara məxsusdur. Anaları maraqlandıran hər bir sualın cavabını məxsus nömrədən ala bilərlər. Diqqətinizə görə təşəkkür edirik.
Yeni 2019 – 2020 təhsil ilində bütün balalarımıza uğurlar diləyir və zəhmətkeş müəllim və müəllimələrimizə təşəkkür edirik.

Valideynlərə hörmət və uşaqlara məhəbbətlə:
«Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzinin müdiriyyəti
15.08.2019

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir