Allah yanında yeganə din

“Həqiqətən, Allah yanında yeganə din İslamdır”. Ali-İmran surəsi, ayə 19


İmam Əli (ə) buyurur:” Həqiqətən, bu , İslam- Allah-Təalanın Özü üçün seçdiyi dindir. Öz nəzarətində tərbiyə etdiyi yaradılmışların ən yaxşısına onu təbliğ etməyi əmr etdi. Onun sütunlarını Öz məhəbbəti üzərində qurdu. Onun izzətilə digər dinləri xar etdi və onu ucaltmaqla başqa məzhəbləri aşağı endirdi”. (Mizanul- Hikmət)


İslam dini bir nurdur- insanların yolun işıqlandırır və doğru yolu tapmaqda kömək edir. Dinimiz böyüklərə hörmət, kiçiklərə isə mərhəməti öyrədir, insanların mənəviyyatını saflaşdırır. Onlara daxili aramlıq gətirərək, bir nur kimi qəlbə daxil olur. Dinini mükəmməl öyrənib, Allahın buyurduqlarına əməl edən hər kəs bütün qəlb xəstəliklərindən (həsəd, paxıllıq, riykarlıq, kobudluq və.s) uzaq olur. Ətrafımızda bəzi insanların ədəbsizliklərini görürük. Onlar dindən uzaq düşdüyü, İlahi qanunları bilmədikləri üçün mənəvi tənəzzülə uğrayıblar, yəni mənən alçalıblar.


L.E.Cobbold “Allaha doğru” kitabında yazır: “İslam dini elə bir böyük və nöqsansız ictimai qanundur ki, heç vaxt məhv olmayacaqdır. Çünki onun bütün əsasları mədəniyyət, inkişaf və ağıla müvafiqdir “.
Məşhur ingilis yazıçısı Corc Bernard Şou İslam dini haqqında buyurur: ”…Fikrimcə, İslam dini bütün əsrlərdə insanın həyat tərzi ilə yanaşı addımlamağı bacaran yeganə dindir”.


Bəli, İslam dini işıqlı bir yoldur. O yola qədəm qoyan hər kəs mənəvi yüksəliş yoluna qədəm qoyar. Həm Allahın, həm də insanların sevgisini qazanaraq, xoşagəlməz və çirkin sifətləri özündən uzaqlaşdırar. İmam Əli (ə) buyurduğu kimi: “Din insanı qoruyar”.

Hazırladı: Quliyeva Rübab

Redaktə etdi: Heydərova Gülbacı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir