Cəmiyyətdə rolumuz

Bağışlayan və mehriban Allahın adı ilə
Əziz uşaqlar, siz artıq ata-ananızdan, yaxınlarınızdan, müəllimlərinizdən yaxşılıq və pisliyin, xeyirxahlıq və paxıllığın, doğru və yalanın nə olduğunu öyrənmisiniz. Bu keyfiyyətlərin insanın həyatında mühüm rol oynadığını anlamısınız. Əslində nəyin doğru, nəyin yanlış olduğunu bilmək və bu dünyaya nə üçün gəlmişik? bu həyatda və cəmiyyətdə rolumuz, vəzifələrimiz nədir? sualına cavabı siz özünüz də bir az araşdıraraq tapa bilərsiniz.


Allah-təala sevimli Peyğəmbərimiz Hz.Muhəmmədə (s) öz uca kitabı olan Qurani-Kərimi nazil etmiş və onun vasitəsilə bütün insanları nə üçün yaratdığını və insanların bu dünyadakı vəzifələrinin, cəmiyyətdəki rolunun nədən ibarət olduğunu bildirmişdir. Bu dünyada bizim vəzifələrimizdən ən əsası insanlara qarşı xeyirxah olub onları yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirməkdir. Uca Rəbbimiz müqəddəs kitabda insanlara bir-birini sevməyi , hər bir işdə ədalətli olmağı , valideynlərimizə qarşı itaətkar olmağı, yoxsullara və yetimlərə yardım etməyi buyurmuşdur. Hər zaman başqalarına faydalı olmaq, bacardıqca çətinliklərini aradan qaldırmağa çalışmaq ən əsas vəzifələrimizdən olmalıdır.

Əziz uşaqlar, sizlərin cəmiyyətdə əsas rolunuz məktəbə gedərək bir çox elmlərə yiyələnmək, çox çalışıb gələcəkdə insanlara faydalı olmaqdır. Valideynlərinizə qarşı itaətkar olub sizə verdikləri məsləhətlərə əməl etməlisiniz. Müəllimlərinizin tapşırıqlarını diqqətlə yerinə yetirməlisiniz. Boş vaxtlarınızda idmanla məşğul olmalı ,bir çox faydalı dərnəklərə gedərək sənətlər öyrənməli, bilik yarışmalarında iştirak etməlisiniz. Gələcəkdə hər hansı sahədə olsanız: həkim, müəllim, mühəndis , elm adamı və s. insanların rifahı, rahatlığı, xoşbəxtliyi üçün çalışmalısıniz. Beləliklə, Allah-təalanın və insanların razılığını qazanarsınız.


Hazırladı: Sevinc Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir