40 hədis silsiləsindən

Bağışlayan və mehriban Allahın adı ilə.
“Asiman” Uşaq Təlim-Tərbiyə Mərkəzi Məbəs bayramı münasibətilə şagirdlər arasında “40 hədis” müsabiqəsi keçirməyi nəzərdə tutmuşdur.
Bu məqsədlə saytımızda müxtəlif mövzularda fərqli məsumlardan hədislər təqdim edilir. Elmi müsabiqə ayrı- ayrılıqda iki yaş qrupu arasında keçirilir. (7-10), (11-14) .

Müsabiqənin şərtləri:

  1. 10 yaşdan yuxarı şagirdlər hədisi nəql edən məsumun adını, hədisin mənbəsini və mətnini öyrənməlidir.
  2. 10 yaşdan aşağı şagirdlərə isə hədisin mənbəsini öyrənmək lazım deyil.
  3. Hər bir şagird hədisləri sıra və seriya nömrəsi ilə yadda saxlamalıdır.
    Qeyd edək ki, müsabiqə dörd mərhələdən ibarətdir. Birinci mərhələdə 10 hədis, ikinci və üçüncü mərhələlərdə isə 15 hədis öyrənilməsi nəzərdə tutulmuşdur.

Müsabiqənin birinci mərhələsi 27 fevral (Xanım Zəhranın (s) mövludu), ikinci mərhələsi 8 mart (İmam Məhəmməd Baqirin (ə) mövludu), üçüncü mərhələsi 17 mart (İmam Muhəmməd Təqinin (ə) mövludu), yekun müsabiqə isə 3 aprel (Məbəs bayramı günü) tarixində keçiriləcəkdir.

Müsabiqənin qalibləri pul mükafatı ilə mükafatlandırılacaq:

Birinci yerin qalibi – 150 manat
İkinci yerin qalibi – 100 manat
Üçüncü yerin qalibi – 50 manat

Uca Allahdan hər birinizə müvəffəqiyyətlər arzu edirik!

Hörmətlə: “Asiman” Uşaq Təlim-Tərbiyə Mərkəzinin müdiriyyəti.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir