Ətraf mühitə qayğı

Əziz dostlar, bizim yaşadığımız çevrə ətraf mühit adlanır. Hər birimiz ətraf mühiti təmiz saxlamağın vacibliyini dərk etməli, onu qorumalıyıq.

Hər bir insanın sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Odur ki, biz ətraf mühitə qayğı göstərərək onu zibilləməməli, ağaclar və bitkilər əkməli, quş və heyvanlara qayğı göstərməli, yaşıllığı qorumalıyıq.

Küçə və meydanları zibilləməməliyik. İctimai yerlərdə, nəqliyyatda günəbaxan tumu, dondurma kağızları və buna bənzər digər zibilləri yerə atmaq olmaz. Öz dostlarımızı, tanışlarımızı da bu işə həvəsləndirməli və istiqamətləndirməliyik.

Zibil və tullantıları zibil qablarına atmalı, onların yerə atılmasına yol verməməliyik. Artıq hamı başa düşməlidir ki, Yer kürəsi bizim yaşadığımız ümumi məkandır və onu təmiz saxlamaq hamımızın borcudur!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir