Asiman haqqında

Allahın adı ilə.

˝Asiman˝ Uşaq Təlim-Tərbiyə Mərkəzi gələcək nəsillərin sağlam tərbiyəsinə zəmin yaratmaq məqsədilə ˝Əl-Məhdi (əc)˝ İslam Maarif Mərkəzi tərəfindən təsis edilmişdir.

Milli mentalitetimiz və mənəvi dəyərlərimizə əsasən dərsliklərin hazırlanması, müasir təlim və tərbiyə metodlarının seçilməsi və təhsil sisteminə nəzarət müdiriyyətin üzərinə düşən ağır məsuliyyətdir.

Milli vətənpərvərlik ruhiyyəsində övladlarımızı tərbiyə etmək, oğul və qızlarımıza dostluq, bərabərlik, sədaqət, elm və sülhsevərlik kimi insani keyfiyyətlərə malik olmaqda valideynlərə kömək məqsədilə yaranmış mərkəzin hər bir azərbaycanlının maddi və mənəvi dəstəyinə ehtiyacı vardır.

Əziz həmvətənlər, lütfən öz nəzər və təkliflərinizlə təlim və tərbiyə sahəsində mərkəzin düzgün və məqsədəuyğun fəaliyyətinə yardımınızı əsirgəməyin. Müxtəlif tərbiyə və təhsil mərkəzlərində iştirak etməyə qadir olmayan balalarımıza internet vasitəsilə tariximiz, mədəniyyətimiz və dəyərlərimizi öyrətməyə çalışan “Asiman” UTTM xadimlərini dua etmənizi rica edirik.

Mərkəzdə tədris və xidmət, eləcə də təhsil təmənnasızdır. Lakin heç kəsin mərkəzə və övladlarımızın sağlam gələcəyinə ehsanı rədd edilmir. Bunu da qeyd etmək yerinə düşər ki, mərkəzdə həyata keçirilinən layihələr xeyirxah insanlar və birbaşa valideynlərin dəstəyiilə müsbət sonluq qazanır. Allah, hər kəsdən razı olsun və mərkəzdən olunan fəaliyyətləri bəşəriyyət və xalqın xoş gələcəyi üçün xidmət və ibadət kimi qədul etsin.

Təşəkkür edirik.

Hörmət və uşaqlara sonsuz məhəbbətlə:

Asiman” Uşaq Təlim-Tərbiyə Mərkəzinin müdiriyyəti
20.07.2018 – Azərbaycan Respublikası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir