HAQQIMIZDA

Bismillahir-Rəhmanir-Rəhim 
Allahın salam və salavatı olsun Həzrət Muhəmməd Peyğəmbərə və Onun pak sülaləsindən olan İmamlara.

Hörmətli Valideynlər və əziz uşaqlar! Salamun əleykum.

www.asiman.org” Bir virtual bağçadır.
İnsan, hər zaman mənəviyyət teşnəsi və fitrətən Allah sevər bir ruha malikdir. Məhz bu səbəbdən də hər zaman mənəvi moizələr, musiqilər, şerlər, nağıllar hekayələr, şəkil və filmlər gördükdə ruhu aramlıq tapır. Sanki bu ruh illər boyu axtardığı və arzusunda olduğu bir varlığın nişanələrini bu sadaladığız şeylərdə tapmış olur. Təbii ki, bütün insanlar mənəviyyət teşnəsi olduğu kimi məhz elə bəşəriyyətin də nicatı Allaha həqiqi bəndə olmaqdan keçir. Adəm övladının elminin zəif olub Ali varlığı yüksək səviyyədə tanımaq üçün yetərli olmadığına görə Tanrıya layiqli bəndəliyin yollarını bəşəriyyətə təlim vermək üçün Allah tərəfindən peyğəmbərlər gəlmiş və kitablar nazil olmuşdur.

İslam dini kamil bir din olduğu üçün təbii ki, uşaqlara da biganə qalmamış insanın ali hədəfi olan, kamillik amalına çatması üçün uşaqlıqdan səy etməsinə səsləyir. Bu amalı əlimizdə rəhbər tutaraq fidan balalarımız üçün dini sadə şəkildə onlara çatdırmaq üçün “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin nəzdində fəaliyyət göstərən Asiman Uşaq Təlim Tərbiyə mərkəzində eyni adlı (asiman.org) saytı ilə fəaliyyətə başlamışdır. Qurani Kərimin, Hz. Məhəmməd (s) və Onun Pak Əhli-beyti (ə)-nin müsəlmanlar üçün ərməğan etdiyi nurlu kəlamlarını müxtəlif formalarda (yazı, səs, klip, şəkil və s) çatdırmaqla gül balalarımızın parlaq gələcəyi üçün çalışırıq. Qeyd edək ki, sayt bir qrup din xadimi tərəfindən yaradılmış və zənginləşdirilir.

Bunu da qeyd etmək lazımdır ki, Asiman.org saytı xalqımızın övladlarının mənəvi inkişafı ilə yanaşı elmi və intellektual inkişafında da əlində gələn səyləri etməkdədir.  İslam maarifini yaymaq məqsədilə müxtəlif mövzularda digər yazar və mənbələrdən əldə etdiyi məqalə, şəkil, audio və video fayları müsəlman övladlarının istifadəsi üçün öz səhifələrində yerləşdirir. Çalışırıq ki, bacardığımız qədər mənbələri mətnin sonunda ya münasib yerdə qeyd edək. Lakin etiraf edirik ki, səriştəsizlikdən bəzi hallarda bu məqsədə nail ola bilmirik və məqalə yaxud hər hansı bir material mənbə zikr olmadan saytda yayılır. Fürsətdən istifadə edib oxucular və başlıca əsər sahiblərindən xahiş edirik, etirazları olduğu təqdirdə saytın ünvanına məktub göndərməklə idarə heyətini məlumatlandırsınlar. Söz veririk əsər sahibi yayıma razılıq verməzsə dərhal yayım tərəfimizdən dayandırılacaqdır. Xatırlatmaq istərdik, hər kəs Asiman.org saytının materiallarından istifadə edə bilər və istinad zəruri deyil.

Əziz Oxucu! Hər zaman sizin xeyirli dualarınıza ehtiyacımız var, lütfən bizi dualarınızda unutmayın.

Hörmətlə: Redaksiya

Baş redaktor: Y. A. AĞAZADƏ

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir